Almaniya Prezidenti sabah Qazaxıstana gedəcək

Almaniya Prezidenti sabah Qazaxıstana gedəcək

Hazırda oxunan: Almaniya Prezidenti sabah Qazaxıstana gedəcək

142072

Sabah Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana səfər edəcək.

Bizim.Media “Sputnik-Kazaxıstan”-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Frank-Valter Ştaynmayer 19-21 iyun tarixlərində Qazaxıstanda səfərdə olacaq.

Almaniya və Qazaxıstan prezidentlərinin görüşündə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri, ticari-iqtisadi əlaqələrin genişlənməsi, investisiya qoyuluşunun artırılması, nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlığın inkişafı, o cümlədən humanitar əlaqələrin dərinləşdirilməsi müzakirə mövzusu olacaq.
Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Almaniya Prezidenti Qazaxıstan və Almaniya universitetlərinin rektorlarının forumunda çıxış edəcək, Qazaxıstan-Almaniya Biznes Forumuna qatılacaq.

Almaniya Prezidenti Manqistau vilayətinə səfər etməyi və regionun iqtisadi potensialı ilə tanış olmağı da planlaşdırır.

Qazaxıstan-Almaniya Mühəndislik İnstitutunun açılışında, eləcə də "Svevind” İsveç-Almaniya birgə şirkətinin yaşıl hidrogen istehsalı zavodunda sınaq qazma işlərinin başlanması mərasimində iştirak da Almaniya Prezidentinin səfər proqramına daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO