Basketbolçunun kolleksiya kartı rekord qiymətə satıldı - FOTO 

Basketbolçunun kolleksiya kartı rekord qiymətə satıldı - FOTO 

Hazırda oxunan: Basketbolçunun kolleksiya kartı rekord qiymətə satıldı - FOTO 

14151

Helikopter qəzasında həyatını itirən basketbolçu Kobe Brayantın təsviri olan kolleksiya kartı hərracda rekord qiymətə -1,79 milyon dollara satılıb.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Goldin Auctions"un qurucusu Ken Qoldin məlumat verib.

O bildirib ki, kartın bu qiymətə satılması basketbolçunun nə qədər sevildiyinin nümunəsidir.

Xatırladaq ki, məşhur basketbolçu Kobe Brayant və qızı Janna-Mariyanın olduğu helikopter 2020-ci il yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb.

Helikopterin göyərtəsindəki doqquz nəfərin hamısı həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO