Bu gün ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Mayamidə məhkəmə qarşısına çıxacaq.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə artıq Trampın məhkəmjə binasına gəldiyini əks etdirən görüntülər yayılıb.
Görüntülərə əsasən məhkəmə binası önünə Trampı dəstəkləyən minlərlə tərəfdar da toplaşıb.
Qeyd edək ki, o, məxfi sənədlərin qanunsuz saxlanılmasında ittiham edilir. Məsələ ilə bağlı iş üzrə təqsirli bilinəcəyi təqdirdə ABŞ-ın sabiq prezidenti Donald Tramp 22 ilədək həbs cəzasına məhkum oluna bilər.
Bizim.Media