Məhkuma “bəy otağı”x9d hazırladılar...

Məhkuma “bəy otağı”x9d hazırladılar...

Hazırda oxunan: Məhkuma “bəy otağı”x9d hazırladılar...

141029
Səudiyyə Ərəbistanındakı türmələrdən birinin kamerası ilginc formada bəzədilib. 

Buna səbəb həmin kamerada saxlanan 30 yaşlı məhkumun zifaf gecəsinin orda keçirilməsidir. Nikah mərasimi Burayda şəhərindəki penitensiar xidmətin binasında baş tutub. Türmə əməkdaşı Saleh al-Korzai deyib ki, kameranı bəzəmək qərarı bayram əhval-ruhiyyəsi yaratmaq məqsədi daşıyıb. 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanındakı islah müəsssisələri hər zaman məhkumlar üçün sağlam, təhlükəsiz və komfortlu atmosfer yaratmaq məqsədi daşıyıb.

Xatırladaq ki, Burayda şəhəri əl-Qasım əyalətinin mərkəzi hissəsində yerləşir. 2014-cü ilin hesablamalarına görə, orada 400 min nəfər yaşayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO