Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Kubokunun finalında “İstanbul Başakşehir”ə qalib gələn “Fənərbağça”nı təbrik edib.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti bu barədə tviter hesabında paylaşım edib.
Rəcəb Tayyib Ərdoğan paylaşımda 2023-cü il Türkiyə Kubokunu əldə edən “Fənərbağça”nı, onun bütün tərəfdarlarını və “Fənərbağça” cameəsini ürəkdən təbrik etdiyini yazıb.
Xatırladaq ki, İzmirdə keçirilən oyun “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Türkiyə lideri sabah Bakıya rəsmi səfər edəcək. Bu gün onun Şimali Kipr Türk Respublikasına (Kuzey Kıbrıs) gedəcəyi gözlənilir.
Bizim.Media