Qazaxıstanda hazırda yanğınla bağlı vəziyyət necədir? - Rəsmi açıqlama

Qazaxıstanda hazırda yanğınla bağlı vəziyyət necədir? - Rəsmi açıqlama

Hazırda oxunan: Qazaxıstanda hazırda yanğınla bağlı vəziyyət necədir? - Rəsmi açıqlama

140874

Qazaxıstanın şərqindəki Abay rayonunda xilasedicilər bir neçə yanğın ocağının söndürülməsi istiqamətində işlərini davam etdirirlər.

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin sədri Nurbolat Derbisov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstanda sabah matəm olacaq


"Yanğın yerində vəziyyət sabitləşir, hazırda orada aviasiya texnikası və quru qoşunları işləyir. Əgər güclü külək əsməsə, o zaman biz havaya qalxacağıq", - N.Derbisov bildirib.

Qeyd edək ki, Abay rayonundakı Semey Ormanı qoruğunda iyunun 8-dən davam edən yanğının sahəsi 60 min hektara çatıb. Təbii fəlakət nəticəsində 14 nəfər həlak olub. İlkin məlumatlara görə, ölənlərin hamısı meşə təsərrüfatı işçiləridir. Ölkə Prezidenti iyunun 12-ni milli matəm günü elan edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO