“Baş qərargah rəisi olmasını gözləyirdik” – Helikopter şəhidi - FOTO

“Baş qərargah rəisi olmasını gözləyirdik” – Helikopter şəhidi - FOTO

Hazırda oxunan: “Baş qərargah rəisi olmasını gözləyirdik” – Helikopter şəhidi - FOTO

13953

“6 uşağıq. Osman tək qardaşım idi. Buna görə atam qardaşıma “yeganəm” deyirdi. Qaradaşım hər zaman vətəni üçün yanıb tutuşurdu. Gecəsi, gündüzü, istirahəti olmadı. Daim vətənə xidmət üçün səfərbərləndi”.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri 2 gün əvvəl Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan general-leytenant Osman Erbaşın bacısı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hərbçilər üçün Ankarada vida mərasimi keçirildi – Ərdoğan da iştirak etdi


Onun sözlərinə görə qardaşı hüquq fakültəsini bitirsə də, arzusu hərbçi olub:

“11 şəhiddən biri də tək qardaşım Osmandır. Qardaşım 17 yaşında kənddən ayrıldı. Atam və anam hər zaman qardaşımın həsrətilə yaşadılar. Anam həyatda yoxdur. Atam isə ona çox bağlı idi. Onsuz çox ağır və ağrılıdır. Vətən sağ olsun. Allah düşmənlərimizə şans verməsin”.

Erbaşın uşaqlıq dostu və doğulduğu kəndin başçısı Mustafa Kurt da şəhidlə bağlı xatirələrini bölüşüb. O, deyib ki, Erbaşı son dəfə 10 ay əvvəl kəndə gələndə görüb:

“Uşaqlığımız birlikdə keçib və ibtidai sinifi bir oxumuşuq. Sonradan təhsilini Ankarada davam etdirdi və əlaqə kəsildi. Amma davamlı danışırdıq. Baş qərargah rəisi olmasını gözləyirdik, şəhid oldu. Çox üzüldük”.

Qeyd edək ki, martın 4-də Türkiyənin Bingöl şəhərindən qalxan hərbi helikopter Bitlis şəhərinin Tatvan rayonunda qəzaya uğrayıb. Hadisə nəticəsində general-leytenant Osman Ərbaş da olmaqla 11 hərbçi şəhid olub, 2 hərbçi yaralanıb.

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO