Təbrizin simvolu Ərk qalası məhv olur...  - Fotolar

Təbrizin simvolu Ərk qalası məhv olur... - Fotolar

Hazırda oxunan: Təbrizin simvolu Ərk qalası məhv olur... - Fotolar

139016
Təbrizin tarixi və əzəmətli Ərk qalası baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.
xa0
Moderator.az xəbər verir ki, bu barədə informasiya Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin rəsmi saytında yer alıb. Təşkilat qalanın bundan öncə təmir olunacağına hökumət tərəfindən dəfələrlə söz verilməsinə baxmayaraq, buna hələ də riayət edilmədiyini bildirib.
xa0
Qeyd edək ki, Ərk qalası Təbrizin əsas simvollarından biri hesab edilir. Bu qala həmçinin azərbaycanlıların müqavimət simvollarından biri kimi də tanınır.
xa0
Ərk qalası Elxanilər dövlətinin hökmdarları olmuş Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə 1338-1345-ci illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO