Helikopter qəzası: Hulusi Akar və Türkiyənin hərbi komandan heyəti Elazığa getdi - FOTO

Helikopter qəzası: Hulusi Akar və Türkiyənin hərbi komandan heyəti Elazığa getdi - FOTO

Hazırda oxunan: Helikopter qəzası: Hulusi Akar və Türkiyənin hərbi komandan heyəti Elazığa getdi - FOTO

13810

Türkiyə milli müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin digər komandanları məlum helikopter qəzası ilə əlaqədar Elazığ şəhərinə gediblər.

Bizim.Media xəbər verir ki, martın 4-də günorta saatları qəzaya uğrayan “Cougar” helekopter Bingöl-Bitlis marşrutu ilə uçurmuş. Türkiyə vaxtı ilə 13:55 radələrində səmaya qalxan helikoperlə təxminən 30 dəqiqə sonra rabitə əlaqəsi kəsilib.
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov Hulusi Akara başsağlığı verdi: “Sizin acınız bizim də acımızdır”


Bundan dərhal sonra “CN-235” markalı hərbi təyyarə və pilotsuz aparatlar axtarış işlərinə başlayıblar. Qəza Tatvan rayonu ərazisində baş verib.

Ən son məlumata görə, şəhidlərin sayı 11-ə çatıb. Korpus komandiri, general-leytenant Osman Erbaş da həlak olanlar arasındadır. Hazırda iki yaralı hərbçi xəstəxanada müalicə olunur.

Yerli medianın məlumatına görə, Fransa-Almaniya istehsalı olan “AS532 Cougar” 1993-cü ildən Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olub.

Türkiyədəki bu helikopterlərin 1997-ci, 2003-cü və 2017-ci illərdə uğradıqları üç qəzada 28 hərbçi şəhid olub.

Bu gün baş verən acı hadisə həmin markalı helekopterlərin sayca dördüncü ağır qəzasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO