Xəbər verdiyimiz kimi, mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.
Bizim.Media xəbər verir geniş tərkibli görüşdən öncə dəhlizdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayev, Belarus lideri Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin bir araya gəlib.
Bununla bağlı çəkilən fotoda Ermənistan Baş nazirinin söhbətdən kənarda qalması diqqəti cəlb edib. Belə ki, Azərbaycan, Qazaxıstan, Rusiya və Belarus liderlərinin söhbətində Paşinyan iştirak etməyib
Qeyd edək ki, Azərbaycan lideri iclasa qonaq qismində dəvət alıb.
Tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:52 / 26.05.2023
Paşinyan yenə “məclisdən kənar” qaldı - GÜNÜN FOTOSU
Hazırda oxunan: Paşinyan yenə “məclisdən kənar” qaldı - GÜNÜN FOTOSU
Hazırda oxunan: Paşinyan yenə “məclisdən kənar” qaldı - GÜNÜN FOTOSU
138027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.