Zəlzələ bölgəsində tikilən 650 min ev BU TARİXDƏ təhvil veriləcək

Zəlzələ bölgəsində tikilən 650 min ev BU TARİXDƏ təhvil veriləcək

Hazırda oxunan: Zəlzələ bölgəsində tikilən 650 min ev BU TARİXDƏ təhvil veriləcək

137065

“Zəlzələ bölgəsində tikilən yeni evlərin cari ilin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda xalqın qarşısında çıxışı zamanı deyib. 

O bildirib ki, fəlakətin baş verdiyi ilk andan Türkiyə hökuməti imkanlarını səfərbər edib:

“Biz dünya tarixində ən böyük axtarış-xilasetmə və yenidənqurma proseslərindən birini həyata keçirdik. Zəlzələ bölgələrində 650 min personal çalışıb. Ölkəmizdən və xaricdən gələn 35 min şəxs həftələrlə çalışaraq dağıntılar altında insanların ola biləcəyi ümidi ilə mübarizə apardı. Zəlzələ qurbanlarımızın bütün ehtiyaclarını ödəmək üçün mexanizmlər qurmuşuq”. 

Məlumata görə bölgədə  650 min yeni ev tikiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO