G7 ölkələrinin liderləri Rusiyaya əlavə sanksiyaların tətbiq edilməsinə razılaşıblar.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın Yaponiyanın Hiroşima şəhərində keçirilən iclasının yekun bəyanatında bildirilib.
Qeyd olunub ki, tərəflər Rusiyanın Ukraynanı qanunsuz, əsassız və səbəbsiz işğalına qarşı dayanmağa dair öhdəliklərini bir daha təsdiqləyiblər.
Əlavə sanksiyaların Rusiyaya və onun müharibə səylərini dəstəkləyənlərə qarşı tətbiq ediləcəyi qeyd olunub.
Vurğulanıb ki, Rusiyanın bir daha enerjini silah kimi istifadə etməməsi üçün səylər davam etdirilməlidir:
“Biz Rusiyanın döyüş meydanında istifadə etdikləri də daxil olmaqla onun (Ukraynaya) təcavüzü üçün zəruri olan bütün əşyaların ixracına öz yurisdiksiyamız daxilində məhdudiyyətin tətbiq edilməsi üçün fəaliyyətimizi genişləndirəcəyik”, - bəyanatda qeyd olunub.
Əlavə olunub ki, ixrac məhdudiyyətinə Rusiyanın istifadə etdiyi sənaye maşınları, alətlər və digər texnologiyalar daxildir. Sanksiyaların hədəfi olan sektorlara istehsal, tikinti və nəqliyyat sahələri, həmçinin biznes xidmətləri daxil olacağı bildirilib.
Liderlər Rusiyanın neft və neft məhsullarının qiymətinə təyin edilmiş yuxarı həddin saxlanılmasına sadiqliklərini qeyd ediblər.
G7 liderləri həmçinin Ukraynanın istədiyi maliyyə, humanitar, hərbi və diplomatik dəstəyin ehtiyac duyulduğu qədər göstərilməsinə dair öhdəliklərini yeniləyiblər.
“Bizim Ukraynaya dəstəyimiz sarsılmayacaq. Biz Rusiyanın qanunsuz əməllərinin dünyanın geri qalanındakı təsirini azaltmaq öhdəliyimizdən yorulmayacağıq”, - bəyanatda qeyd olunub.
Liderlər həmçinin, sülhün Rusiya qoşunlarının və hərbi vasitələrinin tam və şərtsiz çəkilmədən reallaşmayacağını vurğulayıblar. Bəyanatda Rusiyanın nüvə silahlarından istifadə ilə bağlı təhdidlərinin qəbuledilməz olduğu təkrarlanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:44 / 19.05.2023
G7 liderləri Rusiyaya əlavə sanksiyaların tətbiq edilməsinə razılaşıblar
Hazırda oxunan: G7 liderləri Rusiyaya əlavə sanksiyaların tətbiq edilməsinə razılaşıblar
Hazırda oxunan: G7 liderləri Rusiyaya əlavə sanksiyaların tətbiq edilməsinə razılaşıblar
136854
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.