Mayın 14-ü axşam saatlarında İranın Sistan və Bəluçistan əyalətində SEPAH qüvvələri ilə etnik bəluclar arasında silahlı qarşıdurma meydana gəlib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Bəluc fəalları hadisə ilə bağlı sosial şəbəkədə məlumat və videolar paylaşıb.
Məlumata görə, əyalətin İranşəhr şəhərinin Çahcamal bölgəsində baş verən qarşıdurma nəticəsində üç SEPAH üzvü və iki etnik bəluc ölüb, bir neçə nəfər isə yaralanıb.
Öldürülən bəlucların Kazım və Bahadur adlı iki qardaş olduğu qeyd edilib. Hadisənin təfərrüatı barədə əlavə məlumat verilmir. Silahlı qarşıdurma SEPAH məmurlarının Çahcamal bölgəsində yaşayış binasına atəş açdıqdan sonra başlanıb.
Əyalətin polis idarəsinin rəisi Dostəli Cəliliyan isə silahlı qarşıdurmanın baş verdiyini təsdiqləyib və hökumət məmurlarının narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirdiyini iddia edib. O, iki polisin yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirib. İnsan itkisi barədə heç bir məlumat verilməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:41 / 15.05.2023
İranda silahlı qarşıdurma: Üç SEPAH zabiti öldürüldü – FOTO
Hazırda oxunan: İranda silahlı qarşıdurma: Üç SEPAH zabiti öldürüldü – FOTO
Hazırda oxunan: İranda silahlı qarşıdurma: Üç SEPAH zabiti öldürüldü – FOTO
136040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.