Gürcüstan XİN: ABŞ-la birgə təlimlər kiməsə qarşı yönəlməyib

Gürcüstan XİN: ABŞ-la birgə təlimlər kiməsə qarşı yönəlməyib

Hazırda oxunan: Gürcüstan XİN: ABŞ-la birgə təlimlər kiməsə qarşı yönəlməyib

135629
Gürcüstan ”“ABŞ “Noble Partner 2016”x9d xa0birgə hərbi təlimləri kiməsə qarşı yönəlməyib. APA-nın “TASS”x9da istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilir.
xa0
“Gürcüstanda analoji hərbi təlimlər keçən il də təşkil olunmuşdu. Bu növ hərbi təlimlərlə Gürcüstan tərəfdaşları ilə əməkdaşlığı genişləndirir. Bu ölkənin müdafiə qabiliyyətinin artırılması üçün vacibdir”x9d, - deyə məlumatda bildirilir.
xa0
XİN-də qeyd olunub ki, xa0suveren və müstəqil dövlət olan Gürcüstanın ölkə ərazisində təlimlər keçirməyə, xa0hansı ölkələrlə tərəfdaşlıq edilməsinə dair qərar verməyə və onlarla əməkdaşlığın qaydasını müəyyən etməyə xa0hüququ var.
xa0
Qeyd edək ki, bundan əvvəl Rusiya XİN-i Gürcüstan ”“ABŞ birgə hərbi təlimləri təxribat addım adlandırıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO