Krasnodar diyarında pilotsuz təyyarələrin hücumu nəticəsində İlski kəndindəki neft emalı zavodu hazırda yanır.
Bizim.Media TASS-a istinadən əbər verir ki, Krasnodar diyarının İlski kəndində “İlski” neft emalı zavodunun çənində yanğın baş verib.
Agentliyin fövqəladə hallar xidmətindəki adı açıqlanmayan mənbəsinin sözlərinə görə, buna naməlum pilotsuz təyyarənin “hücum”u səbəb olub.
Ötən gecə Rusiya hakimiyyəti Volna kəndindəki neft anbarında baş verən yanğını dron hücumu ilə əlaqələndirib. İlski 150 km cənub-şərqdə, yəni Ukrayna ərazisindən daha uzaqda yerləşir.
Bizim.Media