Camal Qaşıqçı Məhəmməd bin Salmanın sifarişi ilə öldürülüb” - ABŞ kəşfiyyatı faktları açıqladı

Camal Qaşıqçı Məhəmməd bin Salmanın sifarişi ilə öldürülüb” - ABŞ kəşfiyyatı faktları açıqladı

Hazırda oxunan: Camal Qaşıqçı Məhəmməd bin Salmanın sifarişi ilə öldürülüb” - ABŞ kəşfiyyatı faktları açıqladı

13229

Köşə yazarı Camal Qaşıqçının Səudiyyə Ərəbistanın İstanbul Baş konsulluğunda öldrülməsini vəliəhd şahzadə Məhəmməd bin Salman sifariş verib. 

Bizim.Media CNN-ə istinadla məlumat verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsi (CİA) məlumat yayıb. 

Kəşfiyyat hesabatı Donald Trampın prezidentliyi dövründə hazırlanıb. Lakin keçmiş dövlət başçısı onun ictimaiyyətə açıqlanmasını əngəlləyib.

Başda CİA olmaqla digər kəşfiyyat qurumları da  Qaşıqçı cinayətini dəstəkləyən şəxsin şahzadə olduğu qənaətinə gəlib.

“Krallığın faktiki hökmdarı Qaşıqçının İstanbulda öldürülməsi ilə bağlı əməliyyata əmr verib”-deyə CİA-nın hesabatında bildirilib. 

Həmçinin cinayətdə şahzadənin əsas müşavirinin və təhlükəsizlik xidməti üzvlərinin birbaşa iştirakı, Məhəmməd bin Salmanın Qaşıqçı da daxil olmaqla ölkə xaricində müxalifəti susdurmaq üçün şiddətli tədbirlərə əl atması  haqqında  məlumatlar yer alıb.

Xatırladaq ki, Məhəmməd bin Salamana qarşı araşdırma aparan “Washington Post” qəzetinin köşə yazarı Cemal Qaşıqçı sonuncu dəfə 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olub və geri dönməyib.

Səudiyyə rəsmiləri onun konsulluqdan çıxmasını iddia etsələr də Türkiyə tərəfi jurnalistin elə konsulluqda öldürüldüyünü idda edirdilər. Bir müddət sonra isə jurnalistin doğranmış cəsədi tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO