Rusiyanın Zabaykal diyar Məhkəməsi Çinin xüsusi xidmət orqanlarına məxfi məlumatlar ötürməkdə təqsirləndirilən Vladimir Vasilyevi 8 il müddətinə azadlıqdan məhrum edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, dövlət sirri sayılan məlumatları toplayaraq xarici kəşfiyyat orqanlarına ötürüb.
MÖVZU İLƏ BAĞLI:
Son bir ildə Britaniyadan üç Çin casusu qovulub
Rusiya vətəndaşı olan V.Vasilyev Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə mühakimə olunub.
Məlumata görə, hökm artıq qüvvəyə minib.
Qeyd edək ki, 52 yaşlı V.Vasilyev 2019-cu ildə saxlanılıb. Bir müddət sonra bir sıra istintaq hərəkəti üçün Moskvaya etap olunub. O, törətdiyi əməli etiraf edib.
Bizim.Media