Tramp bu tarixdə vacib açıqlama verəcək

Tramp bu tarixdə vacib açıqlama verəcək

Hazırda oxunan: Tramp bu tarixdə vacib açıqlama verəcək

128570

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda ittiham aktından sonra aprelin 4-ü axşam Floridada çıxış edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi Trampın ofisinə istinadən məlumat yayıb.

Çərşənbə axşamı günortadan sonra Nyu-York məhkəməsində eks-prezidentə qarşı ittiham irəli sürüləcəyi, barmaq izlərinin alınacağı və fotoşəkilinin çəkilməsi gözlənilir. Ehtimallara görə, Donald Tramp Manhetten Cinayət Məhkəməsinin hakimi Xuan Merçanın qarşısına çıxacaq. Merçan 2022-ci ildə Trampın daşınmaz əmlak şirkətini vergi fırıldaqçılığında təqsirli bilən cinayət məhkəməsinə sədrlik edib.

Məsələ ilə tanış olan şəxs daha əvvəl Reuters-ə bildirib ki, keçmiş prezident Floridadakı Mar-a-Laqo malikanəsindən bazar ertəsi Nyu-Yorka uçmağı və məhkəmə qarşısına çıxmazdan əvvəl “Trump Tower”də gecələməyi planlaşdırır.
Onun ofisindən bildirilib ki, Tramp məhkəmə qarşısında çıxış etdikdən sonra Floridaya qayıdacaq və saat 20:15-də Palm-Biçdəki Mar-a-Laqoda çıxış edəcək. Trampın kampaniyası onun nə deyəcəyi ilə bağlı şərh verməkdən imtina edib.

Məsələ ilə tanış olan mənbə bildirib ki, eks-prezident çox güman ki, siyasi təqib və “ədliyyə sistemindən seçkiləri manipulyasiya etmək üçün siyasi silah kimi istifadə etmək” kimi gördüyü şeylərə diqqət yetirəcək. 2022-ci ilin sonunda Donald Tramp 2024-cü il prezident seçkiləri üçün namizədliyini irəli sürüb.
Martın 30-da Nyu-York məhkəməsinin münsiflər heyəti siyasətçinin porno aktrisa Stormi Danielsə 130 min dollar ödədiyi ilə bağlı ittiham aktı çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO