Danimarkalı səfir Türkiyə XİN-ə çağırıldı - SƏBƏB 

Danimarkalı səfir Türkiyə XİN-ə çağırıldı - SƏBƏB 

Hazırda oxunan: Danimarkalı səfir Türkiyə XİN-ə çağırıldı - SƏBƏB 

128309

Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, buna səbəb Danimarkada “Qurani-Kərim”in və Türkiyə bayrağına hücumla bağlıdır:  

“Söz azadlığı adı altında bu mənfur hərəkətə icazə verilməsi qətiyyən yolverilməzdir və belə bir yanaşma heç vaxt əsaslandırıla bilməz. Martın 24-də Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və əzəmətli bayrağımıza qarşı törədilən nifrət cinayətinə 31 Mart Ramazan ayında yenidən icazə verilməsini şiddətlə qınayırıq. 
Nazirliyimizə çağırılan Danimarka səfirinə məlumat verildi ki, biz bu iyrənc hücumu qətiyyətlə pisləyirik və etiraz edirik. Biz bir daha Danimarka hakimiyyətini bu cinayəti törədənlərə qarşı lazımi tədbirlər görməyə və bu cür təxribatların təkrarlanmaması üçün təsirli tədbirlər görməyə çağırırıq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO