Londonda Paris terror hücumuna bənzər teraktlar gözlənilir.
Bu barədə Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir.
Böyük Britaniyanın hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib: polis və xüsusi təyinatlılara Parisdə baş verən terror hücumlarına bənzər teraktlara hazır olmaq barədə əmr verilib.
Britaniya mətbuatına istinadən məlumat verilir ki, London polislərinə şəhərə on ardıcıl hücum ehtimalı barədə xəbərdarlıq edilib.
Böyük Britaniya hakimiyyət orqanları hesab edirlər ki, London şəhərindəki teraktları Suriyadan qayıdan döyüşçülər hazırlayırlar.
Parisdə terror hücumu 13 noyabr 2015-ci ildə baş verib. O zaman 130 insan həlak olub və 350 nəfər yaralanıb.
Ramil Həsənli

































































































