Ukrayna ordusuna könüllü əsir düşən Puşkinin ETİRAFLARI - VİDEO

Ukrayna ordusuna könüllü əsir düşən Puşkinin ETİRAFLARI - VİDEO

Hazırda oxunan: Ukrayna ordusuna könüllü əsir düşən Puşkinin ETİRAFLARI - VİDEO

127885

Ukraynada gedən döyüşlər zamanı qarşı tərəfə könüllü əsir düşən Rusiya ordusunun əsgəri Alksey Puşkinin etirafları sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. 

Bizim.Media xəbər verir ki, Alksey Puşkin döyüşlərə zorla gətirildiyini etiraf edib. 

“Ukraynadakı qanlı döyüşlərə düşmüşəm. Bura gətirilən zaman biz üsyan elədik. Heç kim heç nə uğrunda vuruşmaq və ölmək istəmir. Hamı döyüşməyə etiraz edir. Hətta sıramızdan 2 nəfər qaçmağı bacardı. Mən şəxsən hərbi komandirin əmrlərini yerinə yetirməkdən imtina etdim. Məni buna görə təcridxanaya atdılar. Sonra məni döyüşə göndərdilər. Mənsə döyüşmək yox, əsir düşməyə üstünlük verdim. Məni tanıyanlara demək istəyirəm ki, bura gəlməyə heç bir zərurət yoxdur. Döyüşməyə isə qətiyyən ehtiyac yoxdur. Bu döyüşlərə, heç nəyə dəymir”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO