Amerikanın məşhur "Newsweek" mətbu orqanında Azərbaycan Respublikasının ABŞ-dakı Səfiri Elin Süleymanovun Vətən müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsinə həsr olunmuş məqaləsi dərc edilib.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, məqalədə Cənubi Qafqaz regionunda münasibətlərin normallaşdırılması və iqtisadi inteqrasiyanın əldə edilməsi üçün imkanların əldən verilməməsindən bəhs edilir.
Səfir Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın 30 il davam edən təcavüzü nəticəsində 1 milyona yaxın məcburi köçkünün öz torpaqlarından didərgin düşməsi və ərazinin ciddi dağıntılara məruz qalmasından bəhs edib.
Bu təcavüz nəticəsində, həmçinin Ermənistanın təcrid vəziyyətinə düşməsi, xaricdən asılılıq, iqtisadi və demoqrafik tənəzzülə uğramasını xatırladıb.
Səfir eyni zamanda müharibənin başa çatmasından sonra Ermənistan və erməni xalqı üçün yeni imkanlar yarandığını, təcavüzün emosional və iqtisadi fəlakətindən qurtarıb Azərbaycanlı qonşuları ilə sülh şəraitində yaşamağın mümkünlüyündən bəhs edib.
Bir neçə onillikdən sonra Ermənistan və Azərbaycanın yüksək səviyyəli məmurlarının regional əməkdaşlıq üçün nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasını müzakirə etməsinə toxunan E.Süleymanov hazırda demarkasiya işlərinin aparılmasına və məcburi köçkünlərin geri qayıtması istiqamətində səylərin göstərilməsinə diqqət çəkib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:12 / 23.02.2021
ABŞ-ın “Newsweek” nəşri \"Ermənistan-Azərbaycan münaqişəsi haqda yazdı
Hazırda oxunan: ABŞ-ın “Newsweek” nəşri \"Ermənistan-Azərbaycan münaqişəsi haqda yazdı
Hazırda oxunan: ABŞ-ın “Newsweek” nəşri \"Ermənistan-Azərbaycan münaqişəsi haqda yazdı
12717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.