İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, İtaliya Futbol Federasiyası (FIGC) çempionatın oyunlarını 11 şəhərdə - Roma, Milan, Neapol, Turin, Verona, Genuya, Bolonya, Florensiya, Kalyari, Bari və Palermoda təşkil etməyi nəzərdə tutur. Bu şəhərlər təkcə idman aktuallığını artırmaq üçün deyil, həm də burada mövcud olan böyük mədəni irsi tanıtmaq məqsədilə seçilib.
Seçilən 11 stadionun rəsmi siyahısı aprelin 12-dək UEFA-ya təqdim ediləcək.
FIGC-nin prezidenti Qabriele Qravina ciddi və etibarlı dosye üzərində işlədiklərini bildirib.
İtaliya 2032-ci ildəki Avropa çempionatına ev sahibliyi etmək uğrunda mübarizədə Türkiyəni əsas rəqib hesab edir.
Xatırladaq ki, 1968-ci və 1980-ci illərdə Avropa çempionatları İtaliyada keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:36 / 09.03.2023
2032-ci ildə Avropa çempionatı İtaliyada keçiriləcək? – Əsas rəqibi Türkiyədir
Hazırda oxunan: 2032-ci ildə Avropa çempionatı İtaliyada keçiriləcək? – Əsas rəqibi Türkiyədir
Hazırda oxunan: 2032-ci ildə Avropa çempionatı İtaliyada keçiriləcək? – Əsas rəqibi Türkiyədir
124643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.