“Bu gün Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı ilkin təxminlərə görə, 25 bina dağılıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.
O, 5 nəfərin dağıntılar altından çıxarıldığını qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Malatyada növbəti zəlzələ oldu
AFAD rəhbəri Yunus Sezer isə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını vurğulayıb.
Qeyd edək ki, Malatyada bu gün 5,6 bal gücündə zəlzələ olub. Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 6,96 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf vilayətlərdə də hiss olunub.
Bizim.Media