Qahirədə hərbi tribunal tərəfindən təqsirləndirilən 115 nəfərə çıxarılan hökm qərarı misirlilərin qəzəbinə səbəb olub, ona görə ki, “33”x9d nömrəli ittihamnamə qərarında 4 yaşlı uşağın adı hallanır.
Moderator.az “newsru.co.il”x9d-ə istinadən xəbər verir ki, 2012-ci ildə baş verən etiraz iştirakçılarına hərbi tribunalın hakimi tərəfindən qiyabi hökm çıxarılıb. Kütləvi etiraz iştirak edən 115 cavabdeh qətllər, hüquq-mühafizə orqan işçilərinə müqavimət və əmlaka zərər vurduqlarına görə ömürlük həbs cəzasına məhkum ediliblər.
Uşağın vəkili jurnalistlərə bidirib ki, ittihamnamə qərarının hazırlanması ərəfəsində o, təhlükəsizlik xidmətlərinə Əhməd Mənsurun doğum şəhadətnaməsini təqdim edib, təsvir edilən olaylar zamanı onun iki yaşı olub. Buna baxmayaraq iş məhkəməyə təqdim edilib.
Ramil Həsənli


























































































