Prezident abortu qadağan edir...

Prezident abortu qadağan edir...

Hazırda oxunan: Prezident abortu qadağan edir...

121594
Tezliklə Çeçenistanda abort tamamilə qadağan oluna bilər.

Hazırda bu barədə qanunverici təşəbbüsü respublika parlamenti müzakirə edir. Bu informasiyanı ÇR Xalq məclisinin sosial siyasəti məsələləri üzrə komitəsinin sədr müavini Usman Ozdamirov təsdiq edib.

Onun sözlərinə görə, Çeçenistan Respublikasında hamiləliyin süni dayandırılmasının qadağası haqqında qərar respublika başçısı Ramzan Kadırov və onun yaxın ətrafı tərəfindən gəlib. Məhz Çeçenistan başçısı respublikada abortları qadağan etməyi əmr edib. “Regionda bu qanun artıq ilin sonuna kimi qəbul ediləcək. Amma biz gözləyirik ki, Çeçen respublikasının ardınca Rusiyanın əsasən müsəlman regionları və Şimali Qafqazın qalan respublikaları aborta qadağanı daxil edəcəklər”x9d,- Leonid Sevastyanov qeyd edib.

Qeyd edək, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun doqquz uşağı var. Kadırov üç oğul və altı qız atasıdır. 2007-ci ildə Kadırovlar iki oğlanı övladlığa götürüblər.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO