Pinhas Qoldşmit: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə yaradılmış şərait digər ölkələrə nümunədir”

Pinhas Qoldşmit: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə yaradılmış şərait digər ölkələrə nümunədir”

Hazırda oxunan: Pinhas Qoldşmit: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə yaradılmış şərait digər ölkələrə nümunədir”

121124

“Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şərait digər ölkələrə nümunədir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit Münxendə Prezident İlham Əliyevlə görüşündə bildirib. 

O, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu vurğulayıb, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını deyib. 

Qoldşmit Azərbaycanın yəhudi icmasının fəaliyyətini möhkəm təməllər üzərində davam etdirdiyini vurğulayıb, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. 
Görüşdə Avropa yəhudi icmasının nümayəndələrinin Azərbaycana səfər etmək niyyətində olduqları vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO