“Ermənistan cəbhədəki məğlubiyyətini, həmçinin Paşinyan hökümətinə olan inamın sarsıldığı dövrü yaşayır”.
Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov Bizim.Media-ya bildirib ki, Ermənistanda yaxın 1 həftədən sonra vəziyyət daha da pisləşəcək.
İtki saynın rəsmi açıqlamalardan qat-qat çox olduğunu deyən politoloq, 1 həftə sonra ölən əsgərlərin meyitləri ailələrinə təhvil veriləndə kütləvi narazılığın baş qaldıracağını vurğulayıb. Bir tərəfdən əsgər ölümü, bir tərəfdən də koronavirusun pik həddə çatması vəziyyəti daha gərginləşdirəcək:
“Böyük ehtimal, yaralılar çox olduğuna görə koronavirus xəstələri ilə birgə palatanı bölüşmək məcburiyyətində qalacaqlar. Və burada artıq seçim ediləcək, ya yaralılar müalicə olunacaq, ya da ki, koronavirus xəstələri”.
Səkinə,Bizim.Media