İran Yəmən üsyançılarına silah verir – Britaniyadan BMT-yə ETİRAZ

İran Yəmən üsyançılarına silah verir – Britaniyadan BMT-yə ETİRAZ

Hazırda oxunan: İran Yəmən üsyançılarına silah verir – Britaniyadan BMT-yə ETİRAZ

120569

Böyük Britaniyanın Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edərək İranın qaçaqmalçılıq yolu ilə Yəmən üsyançılarına silah-sursat ötürməsinin BMT-nin qərarına zidd olduğunu bildirib.

Bizim.Media “Pars to day” saytına istinadən xəbər verir ki, 2022-ci ilin əvvəllərində Böyük Britaniyaya məxsus “HMS Montrose” hərbi gəmisi iki dəfə İranın qaçaqmalçılıqla məşğul olan gəmisini tutub. Britaniya Müdafiə Nazirliyi bu faktları sübuta yetirən sənədləri BMT-yə təqdim edib.

Bəyanatda deyilir ki, müsadirə olunan silahların arasında daşınan zenit-raket kompleksi və raketlər üçün mühərriklər də var. İranın silahlı qruplaşmalara qaçaqmalçılıq yolu ilə silah-sursat verməsi regiondakı gərginliyi daha da artırır. Böyük Britaniya hökuməti bu məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmasını və təcili tədbirlər görülməsini təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO