Zəlzələ haqqında məlumatlar niyə gizlədilir? – Sadə MƏNTİQ

Zəlzələ haqqında məlumatlar niyə gizlədilir? – Sadə MƏNTİQ

Hazırda oxunan: Zəlzələ haqqında məlumatlar niyə gizlədilir? – Sadə MƏNTİQ

120537

Zəlzələnin baş verməsini heyvanların bir çoxu qabaqcadan hiss edir. Məsələn, zəlzələ baş verməzdən əvvəl itlər ulaşır, balıqlar suyun dibinə çəkilir, pişiklər həyəcanla ora-bura qaçır və sair. Yəni heyvanlar ən azı 10-15 dəqiqə əvvəl zəlzələ baş verəcəyini hiss edir.

Bəs, elm zəlzələnin baş verməsini niyə indiyə qədər aşkarlaya bilmir? 

Bəzi ekspertlər hesab edir ki, zəlzələnin baş vermə anı və gücü barədə elm çox mətləblərə sahibdir. Lakin, hesab edilir ki, bunun açıqlanmasının özü çox böyük bəlalara yol aça bilər. Hesab edirlər ki, zəlzələnin baş verəcəyini qabaqcadan elan edilməsi çox böyük xaos və təşviş yarada bilər. Üstəlik, zəlzələ baş verəcək bölgədən insanların evakuasiya edilməsinin özü çox çətin bir prosesdir. Bu evakuasiyanın iqtisadi ziyan bir yana bu prosesin yaratdığı həyəcan sonsuz sayda insan itkisinə səbəb ola bilər. Çünki, əsəb sistemi zəif olan insanlar belə həyəcana dözə bilməz. Üstəlik, təşvişin yaratdığı tıxac və basırıqlıq çox ağır nəticələr verə bilər. 

Yaponlar zəlzələdən niyə qorxmur?

Ona görə də elm adamları zəlzələni qarşılamaqdan daha çox onun gətirəcəyi faciələrin miqyasını azaltmaq üçün daha çox baş sındırırlar. Məsələn, Yaponiyada hər gün və bəlkə də hər saat yeraltı təkanlar olur. Amma bu ölkənin insanları zəlzələni gündəlik məişət hadisəsi kimi qəbul edirlər. Çünki, zəlzələnin verə biləcəyi ziyanların qarşısını almaq üçün bu ölkədə bütün zəruri tədbirlər görülüb. Dünyanın yeganə ölkəsidir ki, Yaponiya 9 ballıq zəlzələyə tam hazırdır.

Metroloqların edə bildiyini seysmoloqlar niyə edə bilmir?

Bu gün dünyanın əksər ölkələri 6 ay və bəzən daha sonralar baş verəcək təbiət hadisələrini, məsələn çovğunu, qasırğanı, daşqını və digər hadisələri çox böyük dəqiqliklə bilirlər. Məsələn, hətta yağışın yağacağı, küləyin əsəcəyi saatı da bir çox hallarda 100 faizlik dəqiqliklə deyirlər. Zəlzələ də yağış, külək və daşqın kimi təbiət hadisəsidir. 

Ayda, Günəşdə baş verən prosesləri bilirik, amma...

Hazırda elm o qədər inkişaf edib ki, planetimizdən min işıq ili uzaqda olan digər planetlər haqqında səhih məlumatlar verilir. Məsələn, Yerlə Günəş arasındakı orta məsafə təxminən 149 milyon 600 min kilometrdir. Di gəl ki, alimlər bu uzaqlıqda olan planetdə nə vaxt, nə baş verəcəyini arxayınçılıqla söyləyə bilirlər. Hətta Yer kürəsinə yaxınlaşan yad cisimin sürətini, həcmini və hara düşəcəyini də elm çox dəqiqliklə söyləyə bilir. Elə isə 30-40 kilometr dərinlikdə baş verən prosesləri niyə bilmirik?

Məsələ aydındır... Cavabı bilmək üçün yazını bir də oxuyun.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO