Baxmut səmasında Ukrayna sərhədçiləri Rusiya qırıcısını vurdu - VİDEO

Baxmut səmasında Ukrayna sərhədçiləri Rusiya qırıcısını vurdu - VİDEO

Hazırda oxunan: Baxmut səmasında Ukrayna sərhədçiləri Rusiya qırıcısını vurdu - VİDEO

118980

Donetsk vilayətinin Baxmut səmasında Ukrayna sərhədçiləri Rusiyanın Su-25 qırıcı təyyarəsini vurublar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Sərhəd Xidmətinin Telegram kanalı yayıb.

Qurumun məlumatına görə, düşmənin hücum təyyarəsi Ukraynanın müdafiə xəttində irəliləyən rus əsgərlərini havadan qoruyub.

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, təyyarə raket zərbəsi nəticəsində alovlanıb və qəzaya uğrayıb.

Pilotun taleyi hələlik məlum deyil.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO