Ukrayna öz vətəndaşlarını Gürcüstandan təxliyə edə bilər

Ukrayna öz vətəndaşlarını Gürcüstandan təxliyə edə bilər

Hazırda oxunan: Ukrayna öz vətəndaşlarını Gürcüstandan təxliyə edə bilər

116420

Ukrayna səfirliyi ukraynalıların Gürcüstandan təxliyəsini istisna etmir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov “Evropeyskaya Pravda”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bərpa ediləcəyi və Rusiya Federasiyasından Gürcüstana kütləvi axın olacağı təqdirdə təhlükəsizlik məqsədilə ukraynalıların Gürcüstandan təxliyəsi istisna edilmir.
"Birbaşa hava əlaqəsi bərpa olunarsa və real təhlükəsizlik riskləri artarsa, səfirlik Ukrayna vətəndaşlarının Gürcüstan ərazisindən kütləvi təxliyəsinə köməklik məsələsini müzakirə etmək üçün beynəlxalq təşkilatlarla, beynəlxalq tərəfdaşlarla əlaqə saxlamağın mümkünlüyünü istisna etmir”, - deyə Kasyanov Ukrayna nəşrinə müsahibəsində bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO