Fransanın “Le Figaro” nəşri Dağlıq Qarabağdakı döyüşlərdən yazıb.
Bizim.Media-nın məlumatına görə, məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin heç bir siyasi həllinin olmadığını deyərək, insanları könüllü olaraq cəbhəyə yollanmağa çağırıb.
“Paşinyan şəhər, qəsəbə və kəndlərin yerli rəhbərlərinə, vətəndaş təşkilatları, siyasi partiya, işgüzar dairələrin və könüllü birliklərin rəhbərlərinə müraciət edərək, onları Dağlıq Qarabağ separatçılarına qoşulub, Azərbaycana qarşı döyüşməyə səsləyib. O, cəbhə xəttindəki vəziyyətin separatçılar üçün kifayət qədər ağır olduğunu da etiraf edib və hər kəsi birləşməyə çağırıb”.
Sonda bildirilir ki, Paşinyanın bu çıxışı oktyabr ayında razılaşdırılmış iki humanitar atəşkəsin ardıcıl olaraq uğursuzluqla nəticələnməsi zəminində baş tutub.