İsrail ordusu ölkənin şimalında təlimlərə başlayır

İsrail ordusu ölkənin şimalında təlimlərə başlayır

Hazırda oxunan: İsrail ordusu ölkənin şimalında təlimlərə başlayır

114106

İsrail ordusu yanvarın 11-də ölkənin şimal bölgələrində Livan sərhədi yaxınlığında təlimlər keçirəcək. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

Təlimlər Qaliley zirvəsi ərazisində baş tutacaq. Manevrlər zamanı Dov dağı bölgəsində artilleriya atəşi aparılacaq. 
Təlimlər əvvəlcədən planlaşdırılıb və 2023-cü ilin hərbi hazırlığı planına daxil edilib. 

Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalant Müdafiə Qüvvələrinin Şimal Komandanlığının qərargahına baş çəkib, orada Livanla sərhəddəki vəziyyəti qiymətləndiriblər.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO