Rusiya və İran bir neçə ticarət gəmisinin tikintisinə dair müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, İran İslam Respublikasının Gəmiçilik Qrupunun (IRISL Group) Həştərxan yaxınlığındakı limanda yerləşən Solyankadakı regional ofisi tərəfindən verilən sifariş əsasında gəminin Rusiyada istehsalına dair müqavilə çərşənbə günü Rusiyanın Həştərxan şəhərində imzalanıb.
Videokonfrans vasitəsilə gəmi istehsalı müqaviləsinin imzalanması mərasimində iştirak edən IRISL-in baş direktoru Mohammad Reza Modarres Khiabani bildirib ki, bu cür sazişlər Rusiya və İran arasında ticarət və nəqliyyat əlaqələrini genişləndirə bilər.
İran rəsmisi İranın Həştərxandakı konsulluğundan Solyankada yükləmə-boşaltma əməliyyatlarını asanlaşdıra biləcək infrastruktur layihələrinin sürətləndirilməsinə kömək etməyə çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:40 / 04.01.2023
İran və Rusiya birgə ticarət gəmiləri İNŞA EDƏCƏK
Hazırda oxunan: İran və Rusiya birgə ticarət gəmiləri İNŞA EDƏCƏK
Hazırda oxunan: İran və Rusiya birgə ticarət gəmiləri İNŞA EDƏCƏK
113088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.