Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Çinin "China Energy Engineering Group Co." şirkəti ilə ölkədə energetika, infrastruktur və tikinti sahələrinə investisiyaların yatırılması məsələləri barədə fikir mübadiləsi aparıb.
Bizim.Media xəbər verir ki, müzakirələr "China Energy Engineering Group Co." şirkətinin nümayəndələri ilə AZPROMO-da keçirilən görüşdə aparılıb.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, həyata keçirilən investisiya layihələri barədə ətraflı məlumat verib, Çin şirkətini fəal əməkdaşlığa dəvət edib.
"China Energy Engineering Group Co." şirkətinin Cənubi Asiya Regional Baş Qərargahının vitse-prezidenti Wang Jiliang şirkətin fəaliyyət istiqamətlərindən danışıb.
Görüşdə Azərbaycanda energetika, infrastruktur və tikinti sahələrinə investisiyalar yatırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:33 / 31.12.2022
Çinə məxsus şirkət Azərbaycanda investisiya layihələrində iştiraka DƏVƏT OLUNDU
Hazırda oxunan: Çinə məxsus şirkət Azərbaycanda investisiya layihələrində iştiraka DƏVƏT OLUNDU
Hazırda oxunan: Çinə məxsus şirkət Azərbaycanda investisiya layihələrində iştiraka DƏVƏT OLUNDU
112546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.