Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müavini Roman Maşovets Rusiyanı Donbasdakı vəziyyəti gərginləşdirməkdə günahlandırıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ukrinform agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Zelenski “Ukrayna”nı satışa çıxardı
Onun fikrincə, Moskva münaqişəni həll etmək üçün danışıqlar prosesində Kiyevə təzyiq göstərir.
"Donbasda 2020-ci ilin ikinci yarısındakı ən sakit dövrlərlə müqayisədə Rusiya Federasiyası tərəfindən atəşkəs öhdəliklərinin pozulması sayında artım qeydə alındı.
Cəbhənin bəzi sahələrində vəziyyət son dərəcə həyəcan verici olaraq qalır.
Rusiyanın təcavüzkar dövlət kimi pozuntularını danışıqlar prosesində Ukraynaya təzyiq göstərmək cəhdləri ilə əlaqələndiririk” deyib.
Bizim.Media