Azərbaycan UNICEF-in İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatına CAVAB VERDİ 

Azərbaycan UNICEF-in İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatına CAVAB VERDİ 

Hazırda oxunan: Azərbaycan UNICEF-in İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatına CAVAB VERDİ 

112375

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub. 

Bizim.Media “Caliber”ə istinadən xəbər verir ki, görüş zamanı UNİCEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi qəbuledilməz bəyanatlardan narahatlıq ifadə olunub, onun mandat və səlahiyyətlərini aşdığı vurğulanıb. 

UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatını etiraf edib. 

Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanat yayaraq, guya “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığı” bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO