Rusiyada Telman İsmayılovun “killer”lərinə hökm oxundu

Rusiyada Telman İsmayılovun “killer”lərinə hökm oxundu

Hazırda oxunan: Rusiyada Telman İsmayılovun “killer”lərinə hökm oxundu

111373

Moskvanın Xamovniçeski Rayon Məhkəməsi 2006-cı ildə müğənni Avraam Russo və onun mühafizəçisini öldürməyə cəhdlə bağlı iş üzrə Vitali Djura və Aleksey Tryasnikov barəsində hökm çıxarıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “RBC.ru” saytı məlumat yayıb.  

Belə ki, rusiyalı Vitali Djuranı 9 il, onun şəriki Aleksey Tryasnikovu isə 12 il azadlıqdan məhrum ediliblər və cəzalarını sərt rejimli həbsxanada çəkəcəklər. Məhkəmə Russonun bir milyon rubl mülki iddiasını qismən təmin edib.  

Cinayətin təşkilatçısı xaricdə gizlənən Azərbaycan əsilli Telman İsmayılov barəsində istintaq davam etdirilir. 

Qeyd edək ki, Russoya qarşı sui-qəsd 2006-cı il avqustun 19-na keçən gecə Moskvada baş verib. Müstəntiqlərin fikrincə, Demkin Russo və mühafizəçisi maşında əyləşərkən onlara altı atəş açıb, müğənni budundan dörd güllə yarası alıb. Russonu müşahidə edən Djura və Tryasnikov şübhəlinin qaçmasına kömək ediblər.

Cinayət uzun müddət açılmamış qaldı, Demkinin iştirakına dair sübutlar yalnız 2020-ci ildə ortaya çıxıb və sonra onun ortaqları müəyyən edilib.  

Demkinin özü 2014-cü ildə vəfat edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO