"Bu gün mən Amerika xalqına, prezidentə və Konqresə bu qədər dəstəyə görə təşəkkür etmək üçün Vaşinqtondayam”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi “Twitter” hesabında paylaşım edib.
Vaşinqtondan ilk fotoları yayımlayan Zelenski səfərin digər məqsədini də açıqlayıb:
“Gəlişimdə məqsəd qələbəmizi daha da yaxınlaşdırmaq üçün ABŞ-la əməkdaşlığı davam etdirməkdir. Odur ki, mövcud əlaqələrimizin gücləndirilməsi üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Bayden ilə Ukrayna və ABŞ arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik”.
Bizim.Media