ABŞ-ın gələn il Ukrayna və NATO-ya edəcəyi yardımın məbləği AÇIQLANDI

ABŞ-ın gələn il Ukrayna və NATO-ya edəcəyi yardımın məbləği AÇIQLANDI

Hazırda oxunan: ABŞ-ın gələn il Ukrayna və NATO-ya edəcəyi yardımın məbləği AÇIQLANDI

110601

ABŞ hökuməti Ukraynaya və NATO-ya üzv olan ölkələrə yardım etmək məqsədilə gələn ilin büdcəsindən 44,9 milyard dollar ayıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Reuters“ agentliyi yayıb.

Qeyd olunub ki, bu barədə sənəd ABŞ Konqresinə təqdim olunub.

Hərbi xərclərə ümumilikdə, 858 milyard dollar ayrılması nəzərdə tutulur ki, bu da rekord göstərici sayılır və ABŞ Prezidenti Co Baydenin tələb etdiyi məbləğdən də çoxdur.

ABŞ-ın ümumi büdcəsi gələn il üçün 1,7 trilyon dollardır.

Xatırladaq ki, ABŞ Senatı bu ilin 16 dekabrında gələn il üçün rekord hərbi büdcəni təsdiqləyib. ABŞ-ın hərbi büdcəsindən Rusiyaya qarşı müharibədə Ukraynaya kömək üçün 800 milyon dollar ayrılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO