Putin Minskə bir günlük səfərə gəldi - FOTO/VİDEO

Putin Minskə bir günlük səfərə gəldi - FOTO/VİDEO

Hazırda oxunan: Putin Minskə bir günlük səfərə gəldi - FOTO/VİDEO

110445

Bazar ertəsi, dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparmaq üçün bir günlük işgüzar səfərlə Minskə gəlib.

Bizim.Media xəbər verir ki, liderlər İttifaq dövləti çərçivəsində inteqrasiyanı, enerji və iqtisadi məsələləri, eləcə də iki ölkənin təhlükəsizliyi mövzusunu müzakirə edəcəklər. 

Danışıqlar Müstəqillik Sarayında əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək, daha sonra Putin və Lukaşenko təkbətək danışacaqlar.

Danışıqlardan sonra prezidentlərin birgə bəyanatla çıxışı və jurnalistlərlə söhbəti gözlənilir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO