İsveçrə Aİ-nin Rusiya neftinə qoyduğu SANKSİYAYA qoşuldu 

İsveçrə Aİ-nin Rusiya neftinə qoyduğu SANKSİYAYA qoşuldu 

Hazırda oxunan: İsveçrə Aİ-nin Rusiya neftinə qoyduğu SANKSİYAYA qoşuldu 

110057

İsveçrə Avropa İttifaqının (Aİ) ötən həftə Rusiyadan neft tədarükü üçün tətbiq etdiyi qiymət tavanına qoşulub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabrın əvvəlində Aİ Rusiya xam nefti və neft məhsulları üçün qiymət tavanı ilə bağlı yeni tədbirlər görüb. Nəticədə, dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin 60 ABŞ dolları səviyyəsində tənzimlənən qiymət tavanı barədə razılığa gəlinib.
Bununla əlaqədar, Federal Şura dekabrın 16-da keçirilən iclasında bu dəyişiklikləri tam şəkildə qəbul etməyə qərar verib.

Qeyd edək ki, məhdudiyyət daha əvvəl G7 ölkələri, Avstraliya və Norveç tərəfindən də dəstəklənib.

Kremldən isə Rusiyanın qiymət tavanına qoyulan məhdudiyyətlə bağlı danışıqlar getdiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO