Xərçəngə qarşı peyvənd insanı qoruya biləcəkmi?

Xərçəngə qarşı peyvənd insanı qoruya biləcəkmi?

Hazırda oxunan: Xərçəngə qarşı peyvənd insanı qoruya biləcəkmi?

109894

ABŞ-ın əczaçılıq şirkəti "Moderna" koronavirus peyvəndlərində də istifadə olunan mRNA texnologiyasından istifadə edərək xərçəng hüceyrələrini məhv etməyi bacardığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli olduğu bildirilib. 

“Merck” şirkəti tərəfindən hazırlanan "Keytruda" adlı dərman Moderna peyvəndi ilə birlikdə istifadə edildikdə, dəri xərçəngindən ölüm riskini 44 faiz azaldır. 

"Bu, dərmanların mRNA peyvəndi texnologiyası ilə birlikdə istifadəsinin toxunulmazlığa necə təsir edəcəyini göstərən ilk araşdırmadır. Alınan nəticə statistik cəhətdən əhəmiyyətli və klinik cəhətdən önəmlidir " 
Fərdi olaraq hazırlana bilən peyvənd üçün xəstədən şiş nümunəsi və sağlam toxuma nümunəsi götürülür. Daha sonra mütəxəssislər fərdi xərçəng peyvəndi hazırlamaq üçün gen ardıcıllığını, mutasiyaya uğrayan zülalları və digər məlumatları təhlil edirlər. 

Bu qarışıq xəstəyə vurulduqda xəstənin hüceyrələri istehsal mərkəzi kimi işləyir, onun surətlərini çıxarır və immun sistemi şişi aşkar edib məhv edə bilir. (Medicina.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO