Danimarkada yeni koalisiya hökuməti TƏQDİM EDİLDİ 

Danimarkada yeni koalisiya hökuməti TƏQDİM EDİLDİ 

Hazırda oxunan: Danimarkada yeni koalisiya hökuməti TƏQDİM EDİLDİ 

109892

Danimarkanın Baş naziri Mette Frederiksen noyabrda keçirilmiş parlament seçkilərindən sonra yaradılmış yeni koalisiyalı mərkəzçi hökuməti təqdim edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 

Məlumata görə, Xarici İşlər Nazirliyinin yeni rəhbəri keçmiş baş nazir Lars Rasmussen olub, müdafiə naziri postunu isə liberalların lideri Yakob Elleman Yensen tutub. 

Hökumətdə ümumilikdə 23 nazirlik var. Baş nazir Frederiksenin rəhbərlik etdiyi sosial demokratlar 11, liberallar 7, Mötədil Koalisiya Partiyası isə 5 nazir portfeli əldə edib. 

Qeyd edək ki, Danimarkada seçkilər noyabrın 1-də keçirilib. Seçkilərin nəticələrinə əsasən, çoxluq koalisiyasını yaradan üç partiya parlamentdəki 179 yerdən 89-na sahib çıxıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO