Moldova və Ukrayna iki dövlət arasında sərhədə birgə nəzarət edəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyinin rəhbəri Anna Revenko Kişinyovda keçirilən təhlükəsizlik və sərhədlərin möhkəmləndirilməsi üzrə Şərq Forumunda çıxışı zamanı məlumat verib.
"Ukrayna sərhədçiləri ilə birgə Moldova sərhədinin şərq hissəsində yerləşən keçid məntəqəsində Avropa standartlarına uyğun olaraq insanların və yüklərin axınına birgə nəzarət edəcəyik. Ukrayna sərhədçilərinin ölkə ərazisində yerləşdirilməsi qərarı əsaslıdır”, - deyə Revenko qeyd edib.
Bildirilib ki, ümumilikdə, Moldova-Ukrayna sərhədində 35 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:39 / 15.12.2022
Moldova və Ukrayna aralarındakı sərhədə birgə nəzarət edəcək
Hazırda oxunan: Moldova və Ukrayna aralarındakı sərhədə birgə nəzarət edəcək
Hazırda oxunan: Moldova və Ukrayna aralarındakı sərhədə birgə nəzarət edəcək
109848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.