Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri dekabrın 15-16-da Brüsseldə keçiriləcək sammitində Ukraynaya ümumilikdə 18 milyard avro məbləğində makromaliyyə kredit yardımı proqramını təsdiq edəcəklər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.
“Avropa İttifaqı Şurasında Çexiyanın sədrliyi sayəsində liderlər sammitdə Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində makromaliyyə yardımı proqramını təsdiq edə biləcəklər”, - deyə Şefçoviç qeyd edib.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası bəyan etmişdi ki, bu proqram Kiyevə güzəştli kreditlər şəklində təqdim olunacaq, o, Ukrayna dövlət büdcəsinin cari ehtiyaclarını ödəməyə yönəlib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
03:23 / 14.12.2022
Aİ Ukraynaya 18 milyard avroluq kredit verəcək
Hazırda oxunan: Aİ Ukraynaya 18 milyard avroluq kredit verəcək
Hazırda oxunan: Aİ Ukraynaya 18 milyard avroluq kredit verəcək
109441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.