Moderator.az “Ðx9dезавиÑx81имаÑx8f газета”x9d-ya istinadən xəbər verir k, "Tac-Mahal"ın yerləşədiyi Aqra şəhərindən olan altı hüquqşünas keçən il dünya şöhrətli mavzoleyin hind məbədi olması iddiasıxa0 ilə məhkəməyə müraciət edib.
Onlar məhkəmədə bildiriblər ki, mavzaoleyin Şiva tanrısının məbədi olması barədə inandırıcı sübutlar tapıblar.
Hərçənd, Hindistanın Mədəniyyət naziri Maxeş Şarma deyib ki, hökumət və məhkəmə mavzoleyin məbəd kimi istifadə edilməsi barədə heç bir sübut müəyyən etməyiblər.
"Tac-Mahal" XVII əsrdə Böyük Moğollar sülaləsinin hakimi Şah Cahan tərəfindən onun 14-cü doğuşu zamanı ölən sevimli həyat yoldaşı Mümtazın məqbərəsi kimi inşa edilib. Sonra Şah Cahan özü də onun yanında dəfn edilib.
Böyük Moğollar, Teymurləngin nəslindəndir və müsəlman olublar.
Mavzoley kompleksinin tikintisi (dörd minarədən ibarət mərmər məqbərə və türbə-bu onun hələ bir hissəsidir) 20 ildən artıq davam edib və 1653-cü ildə başa çatıb.
1983-cü ildə UNESCO Tac-Mahalı dünya mədəni irsinin obyekti elan edib. Dünya mədəniyyətinin bu incisini hər il on minlərlə turist ziyarət edir.































































































