Ərdoğan: “Yoxsulluğun bütün yükünü öz çiynində daşıyan nəsilik”

Ərdoğan: “Yoxsulluğun bütün yükünü öz çiynində daşıyan nəsilik”

Hazırda oxunan: Ərdoğan: “Yoxsulluğun bütün yükünü öz çiynində daşıyan nəsilik”

109078

“Ömrünü bu əziz xalqa xidmətə həsr etmiş bir ağsaqqal kimi sizinlə keçirdiyim hər anda daha da həvəslənir və enerji alıram. Əslində bizim gəncliyimizin gündəmi ilə sizin gündəminiz arasında fərq Türkiyənin haradan-haraya gəldiyini göstərmək baxımından çox önəmlidir. Biz isə Türkiyənin qadağalarının, məhrumiyyətlərinin, yoxsulluğunun bütün yükünü öz çiynində daşımış bir nəslin nümayəndəsiyik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda Ömər Halisdəmir İdman Kompleksində gənclərlə görüşündə ifadə edib.

Türkiyədə ali məktəblərin sayının 76-dan 208-ə çatdırıldığının xatırladan Rəcəb Tayyib Ərdoğan deyib ki, ölkənin hər tərəfində universitetlər qurmaqda məqsəd türk gənclərinin ali təhsil almaq arzularının gerçəkləşməsini asanlaşdırmaqdır.
Dövlət başçısı müdafiə sənayesi, təbii qaz təchizatı, o cümlədən yeni texnologiyalara sahib olmaq istiqamətində Türkiyədə atılan addımlardan danışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO