Almaniya kansleri Olaf Şolts Potsdamda seçiciləri ilə görüşü zamanı Rusiya lideri barədə maraqlı açıqlama verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, O.Şolts Vladimir Putinlə dialoqun zəruri olduğunu bildirib.
O, qeyd edib ki, Putinlə fikirləri tamamilə fərqlidir, amma buna baxmayaraq Rusiya lideri ilə görüşmək lazımdır: “Bu vəziyyətdən çıxış yolunu axtarıb Putinlə danışmağa davam edəcəyəm. Əgər onunla danışmasam, istədiyim alınmayacaq", - deyə kansler qeyd edib”.
Qeyd edək ki, sonuncu dəfə liderlər dekabrın 2-də telefonla danışıblar.
Xatırladaq ki, bu ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatların başlanması ilə bağlı fərman imzalayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:23 / 10.12.2022
“Putinlə görüşmək lazımdır” - Şolts
Hazırda oxunan: “Putinlə görüşmək lazımdır” - Şolts
Hazırda oxunan: “Putinlə görüşmək lazımdır” - Şolts
108963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.